Tumblr nədir? (şəkilli izah)

Tumblr Wordpress və Blogspot kimi bloq servisidir, hətta istifadəsi bu servislərdən daha sadə və asandır.

Qeydiyyatdan keçmək üçün sadəcə email, parol və yaratmaq istədiyiniz bloqun adı kifayət edir. Qeydiyyatı email ünvanınızla təsdiq edərkən nəzərə alın ki, təsdiq emaili spam şəklində də gələ bilər. Spam qutusunu yoxlayın. 

 


Tumblr-ı 7 dildə istifadə edə bilərsiniz: ingilis, alman, fransız, yapon, italyan, türk və ispan dillərində.

Tumblr-da şəkli, videonu, yazını, musiqini çətinlik çəkmədən paylaşa bilərsiniz. 




Tumblr-ın şərh yazmaq kimi bir funksiyası yoxdur. Amma bunu düzəltməyi bacaranlar da var.

Bundan əlavə, statistika funksiyası da yoxdur.

Bloqları izləyə bilərsiniz (follow), həmçinin, sizi izləyən tumblrçılardan həm tumblr panelinizə, həm də emailinizə gələn bildiriş vasitəsilə xəbərdar ola bilərsiniz...




Tumblrçı dostlarınızın yazdığını bəyənə (like) və öz tumblr adresinizdə paylaşa (reblog) edə bilərsiniz.

Həm bəyənmə, həm də paylaşma olanda yazının kənarında not kimi bildiriş görəcəksiniz. (məsələn, 29 notes)




Digər bloq servislərində olduğu kimi tumblr-da da ödənişli və ödənişsiz mövzular (temalar) var. Mövzunuzu dəyişdirmək, düzəltmək üçün istifadəçi panelində yuxarı sol tərəfdə çıxışdan (log out) əvvəl quraşdırmalar (settings) düyməsinə klikləyin.


 
Tumblr adresinizi silmək də çox asandır… Yenə də istifadəçi panelindən quraşdırmalar (settings) düyməsinə klikləyərək ən sonda sol tərəfdə “hesabını sil” yazısına klikləməyiniz kifayətdir..



Azərbaycanda Tumblr-dan istifadə edən azdır. Mən bu postu yazmaqla tumblr-a həvəsi artırmağa çalışdım və qeyd etmək istəyirəm ki, tumblr-dan istifadə edən bloqqerlərimiz öz tumblr adreslərini mikrobloq kimi istifadə edirlər. Yəni Bembi İks demişkən: Facebook note`larına, Twit`lərə sığmayan bura sığar :)



Sizlərə həm də tövsiyə tumblr adresləri :



Etibar Salmanlı: http://etibarli.tumblr.com/

Bembi İks: http://bambyiks.tumblr.com/

Fərid Hacıyev: http://fhajiyev.tumblr.com/

Həbib Müntəzir: http://muntezir.tumblr.com/

Synaps Production: http://synapspro.tumblr.com/

Selcan Qurbanova: http://seloart.tumblr.com/

Uzaylı: http://dblmfss.tumblr.com/  (kim olduğunu bilmirəm.))

və sonda öz tumblr adresim :

http://xeyalperest.tumblr.com/ (follow etməyiniz ümidi ilə…)

10 şərh

melek_mustafazadeh
Mən də Tumblrdan istifadə edirəm:)Çox rahatdı,şərh yazmaq da olur.
Shaig
Tumblr istifadəçilərinin Facebookda səhifəsi də var — www.facebook.com/pages/Tumblr-users-from-Azerbaijan/109684752446839

Yerli Tumblr istifadəçiləri haqqında da bir yazı — qeyd.az/2011/07/tumblr/
KMK-news
Məndə istifadə edirəm
Elvin85
Bir neçə gün istifadə etmişəm, qəti xoşuma gəlmir.
Elya
mənimdə xoşuma gəlmir
Shaig
Tumblr əsasən internetdə geniş imkanlara deyil, məhdud imkanlara məxsus istifadəçilər üçün idealdır :)

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər