WordPress-də email başlıqlarını dəyişmək

wp
Wordpress CMS-i istifadə edən developerlər yəqin ki, ordakı wp_mail() funskiyasından xəbərdardırlar. Funksiyanın adı tanış gəlməsə belə gördüyü iş hamıya məlumdur. Bu funksiya vasitəsilə sistem emailləri göndərilir. Yəni yeni şərh olduqda, yazınıza şərh yazıldıqda, qeydiyyatdan keçdikdə, parolu unutduqda və.s. emailləri bu funksiya göndərir.
Bu funksiyanın header-başlıqları(Göndərənin adı, email ünvanı) Wordpress-in nüvə fayllarından birində yerləşdiyindən(konkret desək wp-includes/pluggable.php) onu redaktə etmək əlverişli deyil, çünki redaktə etsək belə Wordpress-in növbəti update-ində nüvə faylları yeniləri ilə əvəz olunacaq və əziyyət hədər gedəcək. Ona görə də bu məsələni ya pluginlə(qoşma) həll etmək lazım, ya da theme-in functions.php faylında hook filterlər(hook filter CMS-lərə aid termindir və izahı bu mövzuya aid deyil deyə üstündə dayanmayaq) yazmaq lazım. Biz 2-cini seçərək asan yolla bu problemi həll edək.
Ümumiyyətlə niyə buna problem kimi baxırıq, default(susmaya görə) başlıqların nə pis cəhəti var ki? Cavab bu: Default başlıqlar sizin istəyinizə uyğun qurulmayıb. Belə ki göndərənin adı olaraq Wordpress, emaili olaraq [email protected]_sayt_unvani.com göstərilir. Təsəvvür edək sizin istifadəçiyə məktub gedir sizin saytdan, istifadəçi mailini açır görür ki Wordpress adlı şəxsdən ona məktub gəlib.
Yəni “WordPress” [email protected]_sayt.com.
Bu heç də yaxşı deyil. İstifadəçi belə bir başlıqla qarşılaşmalı:
“Sizin saytın adı, başlığı və ya adminin adı” [email protected]_sayt.com
Bunu etmək üçün admin paneldən(Dashboard) Appearance->Themes->Editor bölməsinə daxil olun və theme-in functions.php faylını açıb bu kodu ora yerləşdirin.


function website_email() {
    $sender_email= 'Sizin saytın emaili buraya';//məs. [email protected]
    return $sender_email;
}
function website_name(){
    $site_name = 'Sizin saytın adı-başlığı və ya hər hansı ad-soyad buraya'; //məs. Filankəsov Filankəs
    return $site_name;
}
add_filter('wp_mail_from','website_email');
add_filter('wp_mail_from_name','website_name');


Vəssalam, bu əməliyyatdan sonra sizin istifadəçilər sizin saytdan normal başlıqlı emaillər alacaqlar.

Yazı şəxsi bloqumdan götürülüb:

5 şərh

iliko
Bu plugin həmin işi gördüyünə oxşayır. Və ya functions.php-ni redaktə etməkdən əvvəl backup etməyiniz məsləhətdir əks halda sayt heç açılmayacaq.
Shaig
Əslində functions-la işləməyə öyrəşən birisi üçün elədə təhlükəli deyil.
Elvin85
Aha ola bilər eyni işi görür, deyə bilmərəm test etmədən.
WP plugin filter və actionların yerli yerində istifadəsindən ibarət bir məntiqi strukturdur. Yazdıqlarım da filter hook olduğundan əslində onu 2-3 dəqiqəyə yeni plugin şəklinə salmaq olar. Sadəcə 2-3 sətir komandadan ibarət əməliyyatı plugin şəklinə salmağa utandım :) Ona görə də functions.php ilə həll təklifi yazdım. functions.php-də işləmək ordan nəsə silmədikdə kritik təhlükəli bir şey deyil, əlavə ediləni isə sonra nəsə problem olsa silmək də olar. Yəni ki, yeni başlayan developerləri qorxutmaq lazım deyil :)

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər